15 Dekabr 2017, Cümə - 21:59

S.Markionne: “Almanlar bizdən qorxurlar”

S.Markionne: “Almanlar bizdən qorxurlar”

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 06 May, 2017

Mövsümə çox yaxşı başlayan və iki yarışda qalib gələn Ferrari komandasının prezidenti Sercio Markionne bildirib ki, ən böyük rəqibləri olan Mercedes onlardan qorxur.

F-1.az xatırladır ki, Ferrari 2016-cı ildə qələbə qazana bilməmiş və mövsümü 3-cü yerdə bitirmişdi. Amma “qırmızılar” builki 4 yarışda iki qələbə qazanaraq, hazırda Mercedes-dən cəmi bir xal geridə qalırlar. Sebastyan Fettel isə ən yaxın rəqibi Həmiltonu 13 xal qabaqlayır.

Sercio Markionne: “Keçən ilə nisbətən çox inkişaf etdik və indi də oyunun içindəyik. Bəziləri bizim inkişafımızı möcüzəvi olaraq qiymətləndirir, amma mən belə düşünmürəm. Uzun illərdir ki, stabil olaraq inkişaf edirik və bu il komanda olaraq əla işlədik. Bu nəticələrin səbəbi bəxt deyil. Ferrari artıq rəqabətədavamlı komandadır və rəqiblərini narahat edə bilir. Ştutqartda oturan almanlar bizdən qorxurlar. Bizim də məqsədimiz bu idi. Məqsədimiz hər iki çempionatda birincilikdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 150
Teqlər , , ,
Paylaş

logo