Ş.Lekler xala görə çox sevinib

Sauber komandasının sürücüsü Şarl Lekler ilk xallarını qazandığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, monakolu sürücü Bakı küçələrində keçirilən yarışa 13-cü yerdən başlasa da, səhv etməyib və öndəki rəqiblərinin mübarizəni dayandırmasından maksimun istifadə edərək, finişdə 6-cı olub.

Şarl Lekler: “Əla yarış keçirdim. Nəticədən razıyam. Bol hadisəli yarış gözləyirdik, amma yarışın sonunda əlimizə düşən fürsət bizim üçün əla oldu. Mən də əlimdən gələni edib komandama gözəl xallar qazandırdım. İlk xallarımı bu cür qazandığım üçün xoşbəxtəm. Səhv eləmədim və divarların bu qədər yaxın olduğu trasda səhvsiz sürmək asan olmadı. Komandada potensial olduğunu bilirik. Bakıda bunu göstərdik və növbəti yarışlara yüksək əhval-ruhiyyə ilə gedəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*