Ş.Lekler tempini davam etdirmək istəyir

Sauber komandasının gənc sürücüsü Şarl Lekler güclü performansını Macarıstanda davam etdirmək istəyir.

F-1.az xatırladır ki, monakolu sürücü sonuncu Almaniya yarışında xalsız qalmışdı.

Şarl Lekler: “Macarıstan yarışnı düşünürəm. Budapeşt gözəl şəhərdir. Orada vaxt keçirməkdən həmişə həzz almışam. Amma Hunqarorinq texniki cəhətdən çətin trasdır. Bu il fərqli xarakterli traslarda yarışdıq. Keçənilki Formula2 çempionatının Macarıstan yarışından gözəl xatirələrim var.

Son yarışlarda performansımız yaxşı idi. Bu performansı tətildən əvvəlki son yarışda göstərərək, ilk dövrəni bağlamaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*