Ş.Lekler sərbəst yürüşlərdə çıxış edəcək

Sauber komandası elan edib ki, Ferrari-nin Sürücülük Akademiyasının üzvü Şarl Lekler mövsümün sonunadək 4 dəfə cümə sərbəst yürüşlərində komandanı təmsil edəcək.

F-1.az xatırladır ki, hazırda Formula2 seriyasında liderlik edən monakolu sürücü keçən il də 4 dəfə Haas komandası ilə sərbəst yürüşlərə qatılmış, bu il isə Macarıstanda Ferrari-nin sükanı arxasında testlərdə çıxış etmişdi.

Sauber-in verdiyi məlumata görə, Lekler gələn həftə Malayziyada Markus Erikssonu əvəz edəcək. ABŞ-da, Meksikada və Braziliyada onun kimi əvəz etməsini isə komanda daha sonra açıqlayacaq.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*