Ş.Lekler səbirsizdir

Sauber komandasınım debütant sürücüsü Şarl Lekler bildirib ki, ilk yarışı səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2-də hegemonluq edərək çempion olduqdan sonra bu mövsüm Sauber komandası ilə Formula1-də debüt edəcək.

Şarl Lekler: “Formula1-də debüt etdiyim üçün xoşbəxtəm. Bütün sürücülər üçün Formula1-də yarışmaq inanılmazdır. Çünki digər seriyalardan fərqlidir. İlk yarışı səbirsizliklə gözləyirəm. Komandadan razıyam. Hamı ilə tanış oldum və yeni mövsümə gözəl hazırlaşırlar. Bizi maraqlı mövsüm gözləyir. İlk dəfə bolidi sürəcəm və bu da məni həyəcanlandırır. Hazırkı F1 bolidləri aşağı seriyalara nisbətən çox sürətlidir. Aerodinamikanın da önəmi çoxdur. Bolidin rəngini də çox bəyəndim və Sauber-ə yaraşdı. Bu, Alfa Romeo 8C-nin rənginə bənzəyir və bunu çox sevirəm. Alfa Romeo ilə işləmək böyük şərəfdir. Bu şirkət iki dəfə Formula1-də çempion olub və onlar bizim inkişafımıza kömək edəcəklər. Mövsüm haqqında müsbət düşünürəm. Vətənim Monakodakı yarışı səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*