Ş.Lekler ilk testlərdən razı qalıb

Ferrari-nin gənc sürücüsü Şarl Lekler Ferrari ilə çıxdıği ilk Formula1 testini yuxu kimi qiymətləndirib.

F-1.az xatırladır ki, gənc sürücü mövsümün əvvəlində Ferrari və Haas-ın developer sürücüsü seçilmişdi. Qeyd edək ki, Lekler bu il ART komandası ilə GP3 seriyasında mübarizə aparacaq. Amma 18 yaşlı sürücü bu həftənin əvvəlində Ferrari-nin 2014-cü il bolidi ilə 300 km məsafə qət edib.

Lekler Ferrari ilə çıxdığı ilk testdən razı qalıb: “Bu inanılmaz bir gün idi. İlk dəfə Formula1 bolidinə mindim və bu bolidin Ferrari olması əsl yuxu idi.

Gün ərzində hər şey əla getdi. Testdən razı qaldım. Bolidə uyğunlaşmaqda elə də çətinlik çəkmədim. Amma əvvəl sürdüyüm bolidlərdən əsas fərqi mühərriyi və hidravlik sükanı idi”.

Lekler növbəti testin nə vaxt olacağını bilmir: “Bunun üçün hazıram, amma hər hansı bir planımız yoxdur.

Hazırda Ferrari-nin developer sürücüsüyəm və onlara kömək etmək üçün simulyatorda işləyirəm. Amma GP3 başlayandan sonra bütün diqqətimi GP3-ə fokuslayacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*