Ş.Lekler: “Halo kömək etdi”

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, Halo ona kömək edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Belçika yarışının startında Alonsoya arxadan çırpılıb və nəticədə havaya qalxan ispaniyalı sürücü Şarl Leklerə çırpılıb. Bu qəzaya görə Rikkardo da arxadan Rəykkönenə çırpılıb. Yekunda 5 sürücünün hamısı mübarizəni dayandırıb.

Monakolu sürücü yarışa davam edə bilməyib və qəzada Halonun rolu görünüb.

Şarl Lekler: “Haloya sərt bir təmas oldu və zədələndi. Əlimdən heç nə gəlmirdi. Televizordan təkrarına baxanda Hülkenberqin arxadan Alonsoya çırpıldığını gördüm. Nikoya nə olduğunu bilmirəm. Problemi barədə məlumat yoxdur. İlk dövrədə mübarizəni dayandırdığım üçün məyusam.

Halo bizə kömək etdi. Yarışda yaxşı yer tuta bilərdim. Qəzadan əvvəl yerim yaxşı idi. Tempim də güclü idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*