23 Oktyabr 2018, Çərşənbə axşamı - 02:53

Ş.Lekler gələn il Ferrari-də?

Ş.Lekler gələn il Ferrari-də?

Müəllif: Rauf Hacıyev, redaktor

16:16 - 29 İyun, 2018

İtaliya mətbuatının verdiyi xəbərə əsasən, Şarl Lekler gələn il Kimi Rəykköneni əvəzləyə bilər.

F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2 üzrə Dünya Çempionu olduqdan sonra bu il Sauber komandası ilə Formula1-də debüt edib. Lekler debüt mövsümünə uğurlu başlamasa da, son 5 yarışın 4-dən xal alaraq 11 xal toplaya bilib.

İddialara əsasən, 20 yaşlı sürücü Ferrari ilə ikiillik müqavilə bağlayıb və gələn ildən Sebastyan Fettelin komanda yoldaşı olacaq. Lekler 2019-cu ildə 2 milyon, 2020-ci ildə isə 3 milyon avro maaş alacaq. Ferrari-nin bu müqaviləni Spa və ya Montsada açıqlaması gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 148
Teqlər ,
Paylaş

logo