22 Oktyabr 2017, Bazar - 23:13

Ş.Lekler: “Ferrari sürmək normal təcrübə deyil”

Ş.Lekler: “Ferrari sürmək normal təcrübə deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

13:17 - 02 Avqust, 2017

Şarl Lekler Ferrari ilə Macarıstan testlərinin ilk günündə iştirak edib və ilk dəfə SF70H-in sükanı arxasına keçib.

F-1.az xatırladır ki, monakolu sürücü testlərdə 98 dövrə vurub və Soft təkərlərlə 1:17.746 nəticə göstərərək, günü lider bağlayıb.

Şarl Lekler: “Bir Ferrari sürmək heç vaxt normal təcrübə deyil. İlk dəfə özümü yarış bolidi sürmüş kimi hiss etdim. Bu, mənim üçün böyük şərəf idi. Bu fürsətə görə Ferrari-yə dərindən minnətdaram. Gördüyüm işdən razıyam. Mən belə hesab edirəm və ümd edirəm ki, komanda da eynisini düşünür. SF70H-i sürmək fantastik hissdir. F2 bolidindən sonra bu fərqli dünya idi. Daha geniş təkərlərə və yüksək asfaltayatma qüvvəsinə sahib olan F1 bolidini ilk dəfə sürdüm. Boksdakı işlərdən çox şey öyrəndim. Ferrari-də dünyanın ən yaxşı mühəndisləri işləyir və onlarla işləyərkən özümü rahat hiss etdim. Ən sürətli zaman nəticəsini göstərmək gözəldir, amma bu sadəcə bir testdir. Tətilə çox xoşbəxt formada çıxıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 916
Teqlər , , ,
Paylaş

logo