Ş.Lekler: “Eriksson işimi çətinləşdirir”

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, Markus Erikssonun mükəmməl performansı ilk yarışlarında işini çətinləşdirir.

F-1.az xatırladır ki, monakolu sürücü Formula2-də çempion olduqdan sonra Sauber komandasına transfer olub və Formula1-də 5-ci mövsümünü keçirən Markus Erikssonun komanda yoldaşı olub.

İsveçli sürücü həm Avstraliyada, həm də Bəhreyndə sıralanma turunda Lekleri qabaqlayıb və Bəhreyndə komandaya mövsümün ilk xallarını gətirib.

Şarl Lekler: “O çox yaxşı sürücüdür. Hamı onu pisləyir, amma bu sözlərə layiq deyil. Melburn və Bəhreyndə çox sürətli idi və bu, mənim işimi çətinləşdirir. Lakin ondan çox şey öyrənə bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*