15 Dekabr 2017, Cümə - 10:12

S.Fettelin söyüşləri Formula1-in imicini aşağı salır?

S.Fettelin söyüşləri Formula1-in imicini aşağı salır?

Müəllif: Rauf Hacıyev, redaktor

14:27 - 05 Noyabr, 2016

FİA Fetteli Meksikada istifadə etdiyi təhqiramiz sözlərə görə cəzalandırmadı. Bəs almaniyalı ssürücünün bu sözləri Formula1-in imicini zədələmir? Çarlz Brədli Fettelin bu hərəkətlərini analiz edir və F-1.az bu yazını sizin nəzərinizə çatdırır.

“Anam deyirdi ki, söyüş söymək yaxşı və ağıllı hərəkət deyil. Amma araşdırmalara görə söyüş söyən adamlar daha ağıllı olurlar. Ana, bunu bir yerə yaz.

Manchester United komandasının baş məşqçisi Xose Mourinyo Burnley ilə oyunda məsullardan birinə söydüyü üçün ittiham olunmuşdu. Bu hadisə canlı yayımda baş vermədi, amma nəticədə Mourinyonu texniki zonadan uzaqlaşdırdılar və portuqaliyalı mütəxəssis oyunu tribunadan izləməli olmuşdu.

Bu hadisədən 24 saat sonra isə Sebastyan Fettel Formula1-in yarış direktoru Çarli Uaytinq və Maks Ferstappenə qarşı nalayiq sözlərdən istifadə etdi. Bu sözlər dəqiqliklə eşidildi və FOM tərəfindən bütün dünyada yayımlandı.

Fettel yarışdan sonrakı mətbuat konfransından sonra üzr istəmək üçün Uaytinqi gözləyirdi. Daha sonra isə FİA və Uaytinqə üzrxahlıq məktubu yolladı. Nə dediyini bilmirik, amma Fettel bu hadisəyə yarış vaxtı olan gərginliyi bəhanə gətirib. Hamımız həmişə bu cür sözlərdən istifadə edirik, elə deyilmi?

Təbii ki, Fettelin azarkeşləri də onun aqressiv hərəkətini tənqid etdi. Bu cür hadisələr peşəkar idmançıya yaraşmır və bu cür hallar futbolda tez-tez baş verir.

İndi reqbidən danışaq. Burada idmançılar hakimlərə “Bəli, Cənab” deyə müraciət edirlər. Amma oyunçular bir-birlərinə qarşı sərt sözlərdən istifadə edirlər. Bildiyiniz kimi, reqbi aqressiv idman növlərindən biridir.

Avtoidmanda da təkərlərə, rəqiblərə və mühərriyə qarşı təhqirlər edilir. Səhv hərəkətə görə peşman olmaq hesaba qatılmalıdır. Fettel çox danışan sürücülərdən biridir. Onun yarışçı kimi pis keçmişi var. Multi21-i xatırlayırsınız?

Fettelin Meksika yarışından sonra pis əhval-ruhiyyədə olduğunu gördüm. O inanırdı ki, Meksikada Ferrari-yə qələbə qazandıracaq. Amma sıralanma turunda pis yer tutduğu üçün bu mümkün olmadı. Bundan başqa birinci pitlərdən əvvəl Felipe Massanın arxasında qaldığı üçün onun əsəbləri ikiqat korlandı. Sonda isə Red Bull ilə insident yaşadıqda söyüşlər ard-arda gəldi.

Bu hadisə mənə Fettelin F3-də əldən verdiyi önəmli Le Man yarışını xatırlatdı. Yarışdan sonra Fettel tərəzi növbəsi gözləyərkən, ondan bir neçə sual soruşdum. Dəbilqəsini çıxarsa da, elə bil ki, yarışda idi. Suallarıma qısa cavablar verdi və səsi öz səsinə oxşamırdı. Malayziyada “Mark yavaş gedir. Onu qabağımdan çəkin” deyəndə çıxardığı səsə bənzəyirdi.

Meksikadakı sözləri Kimi Rəykkönen desəydi, F1 fanları “Kimi kişi adamdır!” deyərdi və əlavə olaraq üstündə “Çarliyə sözüm var! *** get burdan” yazılan köynəklər geyinərdilər.

Stüardların təhqir edilməsini qəbul etmirəm. Amma Formula1 sürücülərinin xarakterlərini nümayiş etdirmələrini, robot kimi hərəkət etməyərək, əsl emosiyalarını üzə vurmalarını istəyirik.

Qətiliklə deyə bilərəm ki, Fettel həddini aşdı. Yarış istədiyi kimi getməyəndə emosiyaların üzə çıxmasını və yarışın onlar üçün necə vacib olduğunu görmək istəyərəm, amma bu hisslər müəyyən həddə ifadə olunmalıdır.

Ferstappen döngəni kəsərkən yerini qorumağı təmin edən amil trasın dizaynı idi. Ferstappen bu hərəkətinə görə yarışdan dərhal sonra cəza aldı. Düzdür, onun cəza almayıb, Fettelin cəza alması gülməli olardı.

Ferstappeni ibrət olsun deyə cəzalandırmaq doğru olmazdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər , , , , ,
Paylaş

logo