S.Fettelin ötürmələr qutusunda problem yoxdur

Britaniya mətbuatı xəbər verir ki, Ferrari komandası Fettelin ötürmələr qutusunda heç bir problem tapmayıb.

F-1.az xatırladır ki, yarışdan sonra sürücülər şərəf dövrəsi vurarkən, Stroll və Fettel bir-birilə toqquşmuş, nəticədə almaniyalı sürücünün sol arxa təkəri yerindən qopmuşdu. Ferrari almaniyalı sürücünün ötürmələr qutusunda problem olacağından qorxurdu. Buna görə də “qırmızılar” ötürmələr qutusunu yenidən Maranelloya göndərmişdilər. Amma italiyalılar uzun müddət davam edən təhlillərdən sonra ötürmələr qutusunda problem tapmayıblar. Komanda Yaponiyadakı birinci sərbəst yürüşlərdə bu ötürmələr qutusundan istifadə edəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*