19 Noyabr 2018, Bazar ertəsi - 14:03

S.Fettelin hərəkəti qaydaları dəyişəcək?

S.Fettelin hərəkəti qaydaları dəyişəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

16:03 - 13 Aprel, 2017

Sabiq Formula1 sürücüsü Mika Salo bildirib ki, Sebastyan Fettelin Çin yarışının startında bolidi düzgün saxlamaması qaydaları yumşaldacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü startda bolidini lazımi xətdən nisbətən solda saxlamış, amma buna görə cəza almamışdı. 29 yaşlı sürücü bildirmişdi ki, həmin xətt yaş olduğu üçün bolidini orada saxlamayıb.

Mika Salo: “Fettelin bolidi quru tərəfdə idi, amma biz stüardlar da hər şeyə cəza vermək istəmirik. Biz istəyirik ki, sürücülər normal mübarizə aparsınlar. Cəza verə bilərdik, amma biz araşdıraraq xəbərdarlıq etdik və bundan sonra sürücülərin diqqətli olmasını istəyirik. Reqlamentdə buna qarşı heç nə yoxdur. Biz də açıqlıq gəlməsini gözləyirik”.

Salo həm də Peres və Strollun döngədəki insidentinə fikir bildirib: “Peres və Stroll hadisəsində cəza kanadalıya düşürdü. Qəzadan əvvəlki döngədə Peresə yer verdi, amma sonrakı döngədə rəqibinə yer buraxmadı. Amma biz cəza verməkdənsə, hadisələrin həll olunmasını istəyirik. Gözəl yarışı geridə qoyduq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 222
Teqlər , , , , , ,
Paylaş

logo