25 Sentyabr 2017, Bazar ertəsi - 13:59

S.Fettel: “Zərəri minimuma endirdik”

S.Fettel: “Zərəri minimuma endirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

02:48 - 12 İyun, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Kanadada zərəri minimuma endirib.

F-1.az xatırladır ki, Ferstappen yarışın startında Fettelin qanadını zədələmiş və almaniyalı sürücü yarışın 5-ci dövrəsində pitə girməli olmuşdu. 29 yaşlı sürücü pit çıxışında 18-ci yerdə olsa da, düzgün taktika və heyrətamiz sürüşlə rəqiblərini bir-bir keçərək, yarışı 4-cü pillədə başa vurmuşdu.

Sebastyan Fettel: “İkinci pit-stopdan sonra podiumda olmaq istəyirdim. Amma son sıraya düşdükdən sonra yaxşı yüksəldim və yarışı yaxşı yerlərdən birində bitirdim.

Son dövrələrdə düşündüm ki, podiumu qazanıram. Lakin Force İndia sürücüləri işimi çətinləşdirdilər və o əsnada Rikkardo fərqi 3.5 saniyəyə çıxarmışdı. Peresi keçəndə yarışın bitməsinə iki dövtə qalmışdı.

Bolid çox güclü idi və yaxşı nəticə qazana bilərdik. Lakin, pis start aldım və ön qanadım qırıldı. Bütün çətinliklərə baxmayaraq, çempionatda liderəm. Amma Mühəndislər Kubokunda ikinci yerə düşdük. Ancaq Bakıda bunu kompensə etmək istəyirik. Ümumilikdə çətin yarış idi, lakin əlimizdən heç nə gəlmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 330
Teqlər , , ,
Paylaş

logo