23 Oktyabr 2017, Bazar ertəsi - 14:03

S.Fettel: “Yersiz qəza idi”

S.Fettel: “Yersiz qəza idi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:46 - 01 Oktyabr, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışdan sonrakı qəza yersiz olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü şərəf dövrəsində Ləns Stroll ilə təmas yaşamış və sol arxa təkəri yerindən qopub. Dördqat Dünya Çempionu pit yoluna Verlyaynın bolidinin üstündə oturaraq getməli olub.

Sebastyan Fettel: “Stroll, deyəsən, hara getdiyini görmürdü. Bolidini rəsmən üzərimə sürdü və təmas yaşadıq. Yarışdan sonra trasdakı rezin fraqmenttlərini toplamaq üçün tras xarici ilə gedirdim və deyəsən, o da eynisini etmək istədi, amma o anda məni görmədən üstümə doğru sürdü. Yersiz qəza idi və gərək diqqətli olardı. Ani qərar verdi və nəticədə bolidim ciddi şəkildə xəsarət aldı. Çox yersiz idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 155
Teqlər , , ,
Paylaş

logo