S.Fettel: “Yeni sıralanma formatı Formula1-in geninə uyğun gəlmir”

Sıralanma turuna tətbiq ediləcək yeni formata pilotlardan etirazlar gəlməkdə davam edir...

F-1.az xatırladır ki, dünən Cenevrədə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. İclasda sıralanma turunun yeni formatı təsdiq olunub.

Sebastyan Fettel: “Formula1-in tamamilə maraqsız olduğunu düşünmürəm. Əksinə, pis şou deyil. Amma son dövrlərdə verilən qərarlar göstərir ki, Formula1-də liderlik və idarəetmə problemi var. Mövsümün başlanmasına çox az qalmış yeni qaydalar kəşf edirlər və bu da xaos yaradır. Mən bu yeni formatın tərəfdarı deyiləm. Bütün pilotların adından deyə bilərəm ki, bundan əvvəlki formatda nəyin səhv olduğunu və yeni formata niyə ehtiyac duyulduğunu başa düşmədik.

Son zamanlarda tətbiq edilən yeniliklər pilotlar və azarkeşlər tərəfindən etirazla qarşılanır. Dediyim kimi, bu dəyişiklik Formula1-in geninə uyğun olmadı…”

Kler Uilyams isə yeni format barədə fikir bildirmək üçün tez olduğunu düşünür: “İnsanlar ilk dəqiqədən tənqidi yanaşırlar. Amma məncə, gözləyin və bunun necə olacağını əyani şəkildə görənə qədər tənqid etməyin. Nələr baş verəcəyini deyə bilmərik.

Əgər yaxşı nəticə verməzsə, onda məsələ başqa olar. Amma indi bunu ən azından yoxlamaq lazımdır. Hamı başa düşməlidir ki, bu, yarışlara bir qədər də həyəcan qatmaq üçün atılmış addımdır. Mən səbrsizliklə Melburnda bunun necə nəticələnəcəyini gözləyirəm. Ondan sonra fikir bildirəcəm”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*