18 Noyabr 2018, Bazar - 01:36

S.Fettel. “Yarışda daha sürətli olacağıq”

S.Fettel. “Yarışda daha sürətli olacağıq”

Müəllif: Rauf Hacıyev, redaktor

14:11 - 08 Aprel, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışda sıralanma turundan daha yaxşı nəticə göstərə bilərlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Çində sıralanma turunda Həmiltondan təxminən 0.2 saniyə geridə qalıb və Valtteri Bottası 0.001 saniyə qabaqlayıb.

Sebastyan Fettel: “Bir az sürətli olsaydıq, daha gözəl olardı. Amma ümid edirəm ki, yarışda daha yaxşı performans göstərə bilərik. Valtteri ilə aramızda cüzi fərq var idi, amma onu qabaqlaya bildim və ikinci yerə yüksəldim. Gözəl start və strategiya ilə qalib gələ bilərik. Sürət cəhətdən Mercedes-ə çox uduzmuruq. İnkişaf edəcəyimizə inanıram. Görək hava şəraiti necə olacaq. Ümid edirəm ki, problemsiz yarış keçirdərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 292
Teqlər , , ,
Paylaş

logo