20 Noyabr 2017, Bazar ertəsi - 11:28

S.Fettel üçün yeni şassi yığılacaq

S.Fettel üçün yeni şassi yığılacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:12 - 21 Oktyabr, 2017

Cümə sərbəst yürüşlərində Sebastyan Fettel maşının davranışından razı qalmayıb.

F-1.az bildirir ki, almaniyalı sürücü maşının ön asılqanlarından şikayət edib. Hər iki sessiyanın gedişində mühəndislər və mexaniklər problemi həll etməyə çalışıblar, asılqanlar bir neçə dəfə sökülüb və yenidən yığılıb, amma problem həll olunmayıb. Ona görə də komanda qərara alıb ki, şənbə günü üçün sürücüyə ehtiyat şassi üzərində yeni maşın yığılsın.

Şənbə günü səhər Fettelin yeni maşını FİA-nın məcburi texniki təftişini keçməlidir, yalnız bu təftişdən sonra yeni maşın Qran Priyə buraxılacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 959
Teqlər , , ,
Paylaş

logo