S.Fettel: “Təqaüd barədə düşünmürəm”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışmaqdan həzz alır və təqaüdə çıxmaq barədə düşünmür.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk yarısında liderliyi heç kəsə verməmiş, amma ikinci yarıda yaşadığı problemlərə görə Həmiltonun 59 xal gerisinə düşmüşdü.

Sebastyan Fettel: “Məncə, təqaüdə çıxmaq böyük qərardır və bunu bir neçə həftə ərzində verə bilməzsiniz. Durduğum yerdə belə qərar verməyi düşünmürəm. Ferrari-də yarışmaq xüsusidir və ilk yarışıma çıxdığım gündən həyəcanımı itirməmişəm. Hələ eyni motivasiya ilə yarışıram. Ferrari çempion olmamış idmandan getməyəcəm. Güclü bolidimiz və komandamız var. Hər şey mümkündür. Formula1-də olmaq mənim üçün həyəcanvericidir və həyəcan davam etdikcə burada qalacam. Ümid edirəm ki, təqaüdə çıxmamışdan əvvəl çempion olaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*