S.Fettel tənqidləri dinləmir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, tənqidlərə qulaq asmır.

F-1.az xatırladır ki, almaniyalı sürücü doğma publikası önündə lider gedərkən əylənmədə səhvə yol vermiş və buna görə də qəza edərək mübarizəni dayandırmışdı. Bundan sonra İtaliya mətbuatı dördqat Dünya Çempionunu sərt tənqid atəşinə tutmuşdu.

Sebastyan Fettel: “Almaniyada olanlar istədiyim şey deyildi. Buna görə də məyusam. Bundan artıq nə deyim bilmirəm. Sözün açığı, kiminsə qayğısına ehtiyacım yoxdur. Bilirəm ki, hər şeyi məhv etmişəm. Amma bunu dəyişmək mümkün deyil. Qalib gələndə hər şey gözəl olur. Amma uduzanda hamı o dəqiqə tənqidə başlayır və işinizə dəyər verilmir. Ancaq uzun illərdir idmanın içindəyəm və bunları bilirəm. İnsanların dediklərinə fikir vermirəm. Özümlə barışıb növbəti yarışlara baxacam. Mövsümün bitməsinə çox var və hər şey tərsinə dönə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*