S.Fettel Silverstounda Halo-2 sistemindən istifadə edib

Ferrari-nin təklif etdiyi və Halo adlanan sürücünün başını qoruyan sisteminin yeni versiyası olan Halo-2 Silverstounda Fettelin maşınına yerləşdirilib və o, sərbəst yürüşlərin ilk seansında bündan istifadə edib. Sistem üzərində təkmilləşdirmə işləri davam edir.

F-1.az xatırladır ki, keçən həftə Avstriyada Halo-2 üzərindəki çalışmalar tamamlanmış, lakin sistemin test edilməsi pis hava şəraitinə görə ləğv edilmişdi. Bu gün isə Silverstounda sistem Sebastyan Fettelin maşınına quraşdırılıb və o, bu sistemlə bir dövrə vurub.

Qeyd edək ki, bu sistem ilin əvvəlində mövsümöncəsi testlərdə Barselonada gördüyümüz sistemin yenilənmiş variantıdır. Yeni variant sürücünün qəza zamanı başını vurmaması üçün bir qədər genişləndirilib və eyni zamanda, titandan hazırlandığı üçün yüngüldür.

FOM və FİA nümayəndələri bu gün Silverstounda görüşüb və bu sistemin 2017-ci ilə qədər inkişafı üçün atılan addımlar müzakirə edilib.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*