S.Fettel: “Səhvlərin cəzasını çəkirik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Sinqapur və Yaponiya yarışındakı uğursuzluqların cəzasını çəkirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Sinqapurda yarışın startında qəza edərək, Yaponiyada isə mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Sebastyan Fettel: “Yekunda mövsüm ərzində 20 yarış var və bunlardan 18-i geridə qaldı. Təbii ki, bir yarışı hədəf göstərərək, danışmaq doğru deyil. Amma bitirə bilmədiyimiz iki yarışda da Lyuis qalib gəldi. İndi belə düşünməyim normaldır, amma bunlar heç nəyi dəyişməyəcək. Mövsümü layiqli formada bitirmək istəyirik. Son iki yarışda qalib gələrək, fanlarla yaxşı sağollaşmaq istəyirik. Meksikada sürətli idik. Son iki yarışda da güclü olacağımıza əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*