S.Fettel: “Riskə getdim”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, sıralanma turundakı performansına görə xoşbəxtdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Həmiltondan təxminən yarım saniyə geridə qalaraq, 3-cü olub. Lakin Bottas startda 5 yer itirdiyi üçün Fettel yarışa 2-ci yerdən başlayacaq.

Sebastyan Fettel: “Xoşbəxtəm. Son cəhdimdə sürətli olmaq üçün əlimdən gələni etdim. Buna görə də bir neçə yerdə xırda səhvlər etdim və istədiyimiz yerdə olmadıq.

Bu cür sürətli trasda yeni bolidlərlə sürmək mükəmməldir. Çoxlu döngələr var və hamısını əvvəlki illərə nisbətən sürətli keçirik.

Sabahkı yarışa ilk cərgədən başlayacağım üçün xoşbəxtəm. Gözəl start ala bilsəm, işlər daha yaxşı gedə bilər. Tempimiz yaxşıdır və görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*