S.Fettel: “Rəykkönen bu mövsüm mənimlə mübarizə aparacaq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel inanır ki, Kimi Rəykkönen bu mövsüm onu daha yaxından izləyəcək...

F-1.az xatırladır ki, Kimi Rəykkönen keçən mövsüm Sebastyan Fetteldən çox geridə qalıb və komanda yoldaşından 128 xal az toplayıb…

Sebastyan Fettel bu barədə fikir bildirib: “Rəykkönen problemlərə baxmayaraq özünü inkişaf elətdirdi. Onun keçən il bəxti gətirmədi və insanlar həmişə rəqəmlərə baxdığı üçün məni öndə görürlər. Amma əslində bir-birmizə çox yaxınıq. Mən inanıram ki, bizim aramızdakı fərq bağlanacaq”.

Ferrari komandası bu il maşınında dartma asılqandan itələmə asılqana keçib.

Bəzi mütəxəssislər fikirləşir ki, bu dəyişikliyin səbəbi Kimi Rəykkönenin bolidin ön tərəfinin idarə edilməsindən şikayət etməsidir. Amma Fettel düşünür ki, iki sistem arasındakı fərqi başa düşmək çox çətindir: “İki sistem arasındakı fərq mənim üçün elə də önəmli deyil. Əgər baş mühəndisimizdən soruşsanız, o sizə hər şeyi xırdalığına qədər başa salacaq. Mən düşünürəm ki, elə də böyük dəyişiklik olmayıb.

Komandadan və builki bolidimdən razıyam. Yeni mövsümü səbrsizliklə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*