14 Dekabr 2018, Cümə - 11:48

S.Fettel rəqiblərlə olan fərqə görə təəccüblənib

S.Fettel rəqiblərlə olan fərqə görə təəccüblənib

Müəllif: Rauf Hacıyev, redaktor

12:37 - 19 İyun, 2016

Sebastyan Fettel Azərbaycanda keçirilən sıralanma turunda Mercedes ilə aralarında olan fərqə görə təəccüblənib..

F-1.az xatırladır ki, Ferrari cümə günündən etibarən yaxşı performans göstərmirdi. “Qırmızılar” sıralanma turunda vəziyyəti bir az düzəltsə də, yenə də templəri zəif oldu. Fettel sıralanma turunda 4-cü oldu və poul qazanan Rosberqdən 1.2 saniyə geridə qaldı.

Sebastyan Fettel: “Sözün açığı, dünənə nisbətən daha güclü idik. Düzdür, geridəyik, amma bolidi xeyli inkişaf etdirdik. Amma Mercedes ilə fərqə baxsaq, görərik ki, vəziyyət yaxşı deyil. Buna görə də, nə baş verdiyini başa düşməliyik. Bolidin sürətli olduğunu bilirik, amma burada şərtlər fərqlidir. Heç nə ideal deyil. Amma buna baxmayaraq, hər iki bolidimiz də yaxşı yerdən start alacaq və yarışda hər şey ola bilər”.

Fettel bildirib ki, onların Mercedes-dən geridə qalma səbəbi mühərrik deyil. Almaniyalı düşünür ki, komandanın əsas problemi yavaş döngələrdir: “Birinci yerlə fərqimiz ədalətli deyil. Mühərriyimiz güclüdür. O sahədə inkişaf etmişik və vaxt itirmirik. Burada çoxlu döngə var. Yavaş döngələrdə rəqiblərimizə nisbətən zəifik. Force İndia-dan belə geridə qalırıq. Bunu araşdırmalıyıq, çünki bolidimizin sürətli olduğunu bilirik. Amma niyəsə burada geridə qaldıq”.

Fettel düşünür ki, yarışa 3-cü yerdən yaxşı start verə bilər: “Bəli, bu mümkündür. Bu, rəqiblərimin nə edəcəyindən aslıdır. Bu həftə start məşqləri etmişik. Yarışa yaxşı start verməliyik. Təmiz tərəfdən start alacayıq. Nələrin baş verəcəyini görəcəyik, amma sabahkı yarış uzundur. Start çox vacibdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 337
Teqlər , , , ,
Paylaş

logo