S.Fettel: “Rəqiblərimiz uşaq deyillər”

Sebastyan Fettel Ferrari-yə qarşı edilən tənqidlərə baxmayaraq, güclü rəqiblərlə mübarizə etdiklərini düşünür...

F-1.az xatırladır ki, Ferrari bu il keçirilən 18 yarışın heç birində qələbə qazana bilməyib və mühəndislər çempionatında 3-cü yerdə qərarlaşıb.

“Qırmızılar” Ostində də Red Bull-dan geri qaldılar və italyan mətbuatı tərəfindən sərt tənqidlərə məruz qaldılar.

Amma Fettel bildirib ki, onlar güclü rəqiblərə qarşı mübarizə aparırlar və qələbə qazanmaq üçün vaxta ehtiyacları var: “Nəyə görə gülümsəməyək? Pis əhval-ruhiyyədə olmaq bizə uğur gətirməz. Ostindəki yarışa görə sevinə bilmərik, amma müsbət yöndə düşünməmiz üçün çoxlu səbəblərimiz var. Məsələn, hər həftəsonu yeni bir şey öyrənirik. Hər şeydən əvvəl bu uzunmüddətli layihədir. Donald Dak və Mikki Mausla yarışmırıq. Ciddi rəqiblərə qarşı yarışırıq. Biz çətin yoldayıq, amma bir gün yolun ən təpəsinə çıxacağıma əminəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*