S.Fettel: “Red Bull yenə güclü olacaq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Red Bull komandası Monakoda tutduğu tempi davam etdirə bilər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Monakoda üstün performans göstərərək, qalib gəlmişdilər. Lakin Kanada trası mühərriyə və əyləclərə tələbkardır. Buna görə də əsas favoritlər Mercedes və Ferrari komandaları sayılırlar. Amma Red Bull komandası HyperSoft təkərlərə görə yarışda üstünlük qazana bilər.

Sebastyan Fettel: “Monakoda onlar təkərləri rəqiblərindən yaxşı istifadə etdilər və bu hal onlara kömək etdi. Monrealdakı tras fərqli olsa da, nə yenilik gətirdiklərini bilmirəm. Digər yarışlardakı kimi yaxın mübarizə gözləyirəm. Ümid edirəm ki, Ferrari öndə olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*