S.Fettel: “Red Bull-dan güclü idik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komandası 2016-cı ildə Red Bull-dan çox güclü olub və mövsümü üçüncü yerdə bitirmək onları məyus edib.

F-1.az xatırladır ki, Ferrari mövsümə ən sürətli ikinci komanda kimi başlasa da, mövsüm ərzində rəqiblərinin inkişaf tempinə çata bilməmiş və mövsümü 3-cü yerdə bitirmişdi.

“Qırmızılar” mövsüm ərzində qələbə qazana bilməyiblər. Amma Fettel bildirib ki, onlar mövsüm ərzində enişli-yoxuşlu dövrlər yaşasalar da, ən sürətli ikinci komanda olublar: “Bu il enişli-yoxuşlu dövrlər yaşadıq. Gözlədiyimiz kimi güclü deyildik və daha yaxşısını edə bilərdik. İlin əvvəlində lazımi qədər xal qazana bilmədik. Mövsümün sonunda isə Red Bull ilə çətin mübarizəyə girişdik. Bütün bunlara baxmayaraq, bizim bolidimiz daha güclü idi və Mühəndislər Лubokunu ikinci yerdə bitirməli idik. Mercedes ilə mübarizə apara bilməmək isə ən böyük məyusluğumuz oldu”.

Rəykkönen isə Ferrari-nin daha güclü olmasını gözləyir: “Daha sürətli getmək üçün daha çox asfaltla ilişməyə və daha çox gücə ehtiyacımız var. Bu sadə səslənsə də, elə deyil. Başa düşmədiyimiz çox şey var və komandanın gələn il bu problemləri həll edəcəyinə əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*