21 Sentyabr 2017, Cümə axşamı - 05:26

S.Fettel Red Bull-a qayıdır?

S.Fettel Red Bull-a qayıdır?

Müəllif: Rauf Hacıyev, redaktor

15:26 - 23 Oktyabr, 2016

Sebastyan Fettel Ostində Kristian Horner ilə danışıqlar aparıb…

F-1.az xatırladır ki, iddialara əsasən, Fettellə Ferrari-nin rəhbəri Arrivabenenin arası yaxşı deyil və almaniyalının müqaviləsi 2017-ci ilin sonunda bitəcək.

Ostində Fettellə Red Bull komandasının rəhbəri Horner uzun müddət davam edən danışıqlar aparıblar. Bu danışıqlardan sonra “Fettel Red Bull-a qayıdır?” sualları ortaya çıxıb.

Ancaq Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko xəbəri təkzib edib: “Sebastyan Ədrian Nyuinin dizayn etdiyi Aston Martin-dən birini almaq istəyir. Sadəcə Sebastyanın avtomobillə bağlı xüsusi istəkləri var. Biz də o barədə danışdıq”.

Xatırladaq ki, Ədrian Nyui ilin əvvəlindən etibarən Aston Martin-in AM-RB001 layihəsi üzərində işləyir. Avtomobil 1000 at gücündə olacaq və V12 mühərriklə təchiz ediləcək. Avtomobilin qiyməti isə 3 milyon avro olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 158
Teqlər , , , , , , , ,
Paylaş

logo