S.Fettel: “Qələbəyə bir dövrə çatmadı”

Avstriyada Sebastyan Fettel yalnız Bottasa uduzaraq finiş xəttini ikinci keçib.

F-1.az bildirir ki, ikinci olmasına baxmayaraq, almaniyalı sürücü çempionatda əsas rəqibi Lyuis Həmilton üzərindəki üstünlüyünü artıraraq 20 xala çatdırıb. Yarışdan sonra podiumda Ferrari-nin sürücüsü etiraf edib ki, qələbə qazanmaq üçün əlindən gələni edib və cəmi bir əlavə dövrəyə ehtiyacı olub…

Sebastyan Fettel: “Maraqlıdır, qalibə yarım saniyə uduzsanız özünüzü necə hiss edərsiniz? Mübarizə çox sıx oldu. Mənə xəbər vermişdilər ki, Valtterinin təkərlərlə problemləri var və mən sürətimi tam artırmışdım.

Yarışın ilk hissəsində maşını yaxşı hiss etmirdim, amma SuperSoft-a keçdikdən sonra vəziyyət dəyişdi, temp artdı və mən Bottasa yaxınlaşmağa başladım.

Son dövrələrdə fərqimiz minimal idi, mən Peresi bir dövrə qabaqlayarkən zaman itirdim. Mənə cəmi bir dövrə lazım idi, çünki yoxuşa sürətlənərkən Mercedes-in tempi yox idi. Bu gün mən qalib gəlmək istəyirdim, amma ikinci yer də pis nəticə deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*