S.Fettel: “Qələbə qazanmaq asan olmadı”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışı çətinliklə qazanıb.

F-1.az xatırlaıdr ki, Fettel Ferrari komandasına Braziliyada 9 ildən sonra qələbə gətirib. Bu həm də “qırmızılar”ın yay fasiləsindən sonra ilk qələbəsi olub.

Sebastyan Fettel: “Çox yaxşı start aldım. Əvvəl bolid sürüşsə də, sonra özümə gəldim və deyəsən, Bottas da eyni problemi yaşadı və mən liderliyi qazandım. Təhlükəsizlik avtomobilindən sonra da var qüvvəmlə sürməyə davam etdim. Yarışa nəzarət etməli idim və böyük güc sərf edərək qalib gəldik. Tam heyətlə podiumdayıq və sevinirəm. Çətin gün idi. İndi Əbu Dabiyə yüksək əhval ruhiyyə ilə gedə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*