13 Noyabr 2018, Çərşənbə axşamı - 03:04

S.Fettel Prostu keçdiyi üçün xoşbəxtdir

S.Fettel Prostu keçdiyi üçün xoşbəxtdir

Müəllif: Rauf Hacıyev, redaktor

19:35 - 26 Avqust, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel qələbə sayında əfsanəvi Alen Prostu keçdiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Belçika yarışına ikinci yerdən başlasa da, birinci dövrədə Həmiltonu keçərək liderliyə yüksəlib və yerini sona qədər qoruya bilib. Dördqat Dünya Çempionu beləliklə 52-ci qələbəsini qazanaraq, Formula1 tarixinin ən çox qələbə qazanmış 3-cü sürücüsü olub.

Sebastyan Fettel: “Alendən çox qələbə qazanmaq qürurvericidir. Yaxşı start aldım və Lyuislə yan-yana gəldik. Deyəsən, məni görmədi, çünki sola doğru həmlə etdi. Bilirdim ki, şansım olacaq. Kemmel düzlüyündə böyük fürsətim olacaqdı. Bunu gözlədm və sonda bacardım. Keçən il bacarmamışdım. Bolidimin gücü çatmamışdı. Bu dəfə hər şeyə yaxşı nəzarət etdim. Təhlükəsizlik maşınından sonra məni ötməsinə icazə vermədim və bundan sonra problem yaşamadan finişə çatdım. Lyuis, deyəsən, son 15 dövrədə sürmürdü. O zaman mən də rahatladım və yarışdan həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 127
Teqlər , , ,
Paylaş

logo