S.Fettel parkda gəzməyə hazırlaşır

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, gələn il daha güclü olacaqlar.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün birinci hissəsində lider olsa da, daha sonra səhvlər və problemlərlə çempionluğu əldən vermişdi.

Sebastyan Fettel: “İnkişafımızı davam etdirsək, parkda gəzirmiş kimi çempion ola bilərik. Zarafat etmirəm. Çox güclü rəqiblərimiz var və onları məğlub etmək üçün çox işləməliyik. Keçən ildən bəri çox inkişaf etdik. Bu il bəzi çatışmazlıqlarımız olsa da, bunları həll edə bilərik. Mövsümün böyük qismində Mercedes-ə çox yaxın idik, amma sonradan yaşadığımız etibarlılıq problemləri hər şeyi məhv etdi. Yenə də çox şey öyrəndik və bunlardan gələn il istifadə edəcəyik. Çətin qış dövrü bizi gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*