24 Noyabr 2017, Cümə - 09:43

S.Fettel nəticədən narazıdır

S.Fettel nəticədən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

01:49 - 23 Oktyabr, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel ikinci yerdən razı qalmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, ilk döngədə Həmiltonu keçib, amma ilk pitə qədər britaniyalı sürücünün gerisinə düşüb.

Həmilton sonrakı dövrələrdə fərqi artıraraq, yarışı rahatlıqla qazanıb və sona 3 yarış qalmış Fettellə xal fərqini 66-ya yüksəldib.

Sebastyan Fettel: “Ostinə xalları hesablayıb gəlməmişdim. Neçə xal qazanmalıyam deyə düşünmədim. Sadəcə qazanmaq istəyirdim. Bacara bilmədik və buna görə məyusuq. Lyuisi məğlub etmək üçün tempimiz yox idi. Şənbə günü hər şey startda məlum olacaq deyəndə yanılmışam. Hər şeyi düz etdim və liderliyi ələ aldım, amma bolidimiz üstünlüyü qorumağa imkan vermədi. Çempionluq ehtimalımız elə də çox deyil.

Yarışın sonunda Maksın hücumlarına mane olmaq üçün fərqli strategiya sınadıq və uğurlu alındı.

Kiminin məni arxasında saxlaması məntiqsiz olardı. O yerini Maksa qarşı qorusun deyə mən də hər şey etdim. DRS aça bilsin deyə yavaşladım və bu bir az işə yaradı. Amma Maksın təkərləri təzə idi və buna görə keçdi. Daha sonra ikimiz də podiuma yüksəldik. Problem yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 942
Teqlər , , ,
Paylaş

logo