15 Dekabr 2017, Cümə - 23:54

S.Fettel: “Mükəmməlik!”

S.Fettel: “Mükəmməlik!”

Müəllif: Rauf Hacıyev, redaktor

17:59 - 29 Aprel, 2017

Rusiya Qran Prisinin sıralanma turunda birinci yeri tutan Sebastyan Fettel bildirib ki, komanda olaraq yaxşı iş görüblər.

F-1.az xatırladır ki, Ferrari komandası 2008-ci ilin Fransa yarışından sonra ilk dəfə birinci cərgəni zəbt edib. Almaniyalı sürücü isə 2015-ci ilin Sinqapur yarışından sonra ilk dəfə poul qazanıb.

Sebastyan Fettel: “Mövsümün ilk yarışlarına nəzər salsaq, yaxşı formada olduğumuzu görərik. Rusiyada cümə günündən etibarən güclü idik. Mercedes sıralanma tempində çox güclü komandadır. İlk iki yeri tutduğumuz üçün çox xoşbəxtəm. Sıralanma turunun ikinci sessiyasında ritmimi itirsəm də, üçüncü sessiyada yenidən rəqabətədavamlı olduq. Ondan sonra bolidi sürmək çox asan idi və poulu qazana bildim. Kimi də bu gün əla iş gördü və nəyə qadir olduğunu göstərdi. Komanda üçün əla nəticədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 569
Teqlər , , , ,
Paylaş

logo