11 Dekabr 2017, Bazar ertəsi - 07:41

S.Fettel Mercedes-lə razılıq müqaviləsi bağlayıb?

S.Fettel Mercedes-lə razılıq müqaviləsi bağlayıb?

Müəllif: Rauf Hacıyev, redaktor

13:19 - 10 May, 2017

Ferrari-yə yaxınlığı ilə tanınan məşhur Formula1 jurnalisti Leo Turrini bildirib ki, Fettel son 3 ilin çempionu Mercedes komandası ilə ilkin razılıq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, Fettelin komandası Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək. Digər tərəfdən, Bottasın Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq.

Turrini keçən həftə sabiq komanda rəhbəri və hazırda şərhçi işləyən Eddi Cordandan eşidib ki, Mercedes və Fettel arasında danışıqlar gedir. Məşhur Formula1 jurnalisti Leo Turrini də eyni fikirdədir: “Rosberq ayrıldıqdan sonra Mercedes Fettellə danışıqlara başlamışdı. Barselonadakı mövsümöncəsi testlərdə Lauda dostlarına lovğalanıb ki, hələ yanvar ayında Fettellə ilkin razılıq müqaviləsi bağlayıblar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 006
Teqlər , , , ,
Paylaş

logo