S.Fettel Mercedes-lə müqavilə xəbərini təkzib edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel gələn il Mercedes-ə keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.

F-1.az xatırladır ki, Leo Turrini almaniyalı sürücünün gələn il üçün Mercedes-lə ilkin razılığa gəldiyini yazmışdı.

Sebastyan Fettel: “Bilmirəm. Bu xəbərlər İtaliyadan çıxıb? Belə görünür ki, barəmdə məndən çox şey bilirlər. Məncə, hər şey ortadadır. Hazırda çempionata fokuslanmışam. Bunu düşünmürəm. Bu il əla vəziyyətdəyik və bunu qorumaq istəyirik. Başqa şeylərin önəmi yoxdur. Əvvəlki illərdə də belə şayiələr çıxmışdı.

Ümumilikdə, yanınızda kim olursa-olsun yarışmağa hazır olmalısınız. Fernandonun illərdir burada hörməti var. Bu ikiqat Dünya Çempionu olması ilə əlaqəli deyil. Mən öz müqaviləmi bağlayacam, başqasının yox. Yanıma kim gəlirsə-gəlsin yarışmağa hazıram. Komanda yoldaşlarım həmişə fərqli oldu. Fərqli tərzləri, güclü və zəif tərəfləri var idi. Həmişə vəziyyət dəyişə bilər. Hazırda isə hamımız çox xoşbəxtik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*