20 Oktyabr 2017, Cümə - 05:36

S.Fettel: “Mercedes-in geridə qalması normal deyil”

S.Fettel: “Mercedes-in geridə qalması normal deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

21:19 - 25 May, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes-in Monakoda ikinci sərbəst yürüşlərdə geridə qalması normal deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü ikinci sərbəst yürüşlərdə 1:12.720 zaman nəticəsi göstərərək, birinci olub. 29 yaşlı sürücü ən yaxın izləyicisi Rikkardodan yarım saniyə, əsas rəqibi Həmiltondan isə təxminən 1.2 saniyə üstün olub.

Sebastyan Fettel: “Bu gün Mercedes-ə nə olduğunu bilmirəm. Bu qədər geridə olmaları qəribədir. Lakin düşünürəm ki, yenidən öndə olacaqlar. Burada Red Bull-ların da mübarizəyə qoşulduğunu görürük. Üç komanda arasında yaxın mübarizə olacaq. Buna görə də sıralanma böyük əhəmiyyət kəsb edəcək. Bu gün hər şeyi bir araya gətirərək, yaxşı bir dövrə vurdum. Şənbə günü də bizim üçün problemsiz keçsə, qalib gəlmək üçün əla şansımız ola bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , , ,
Paylaş

logo