S.Fettel: “Mercedes gücünü gizlədir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes Rusiyadakı cümə sərbəst yürüşlərində sürətini gizlədib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Soçidə cümə gününün ən sürətlisi olub və Mercedes sürücülərini 0.7 saniyə qabaqlaya bilib.

Sebastyan Fettel: “Onlar güclənəcəklər. Sürətlərini gizlədirlər. Bu tras onlar üçün əlverişlidir və buna görə də güclü olacaqlar. Keçən il də cümə günündən sonra səhv xatırlamıramsa, Williams komandasının güclü olacağı gözlənilirdi, amma sonda Mercedes qalib gəlmişdi. Bəzən belə hallar olur. Boliddəki yanacaq yükü, mühərrik rejimləri kimi şeyləri dəyişdirə bilirik. İnanmıram ki, cümə günü bütün potensiallarını ortaya qoyublar. Yaxşı dövrə vura bilmədilər. Buna görə də aradakı fərq sünidir.

Cümə günündən sonra tam olmasa da, xoşbəxtik. Səhər çətin başlanğıc etdik və ilk SuperSoft təkərləri işlədə bilmədik. Bir az sürətlənməliyik. Sessiyanın sonunda bolidi tanımağa başladıq və performansımız yaxşıdır. Amma bir az da güclənə bilərik. Görək nə edirik. Sazlanmalarda çox dəyişiklik etmədik, çünki sürətlənməli idim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*