23 Oktyabr 2017, Bazar ertəsi - 10:12

S.Fettel: “Mənasız hərəkətimə görə dəyərli xallar itirdim”

S.Fettel: “Mənasız hərəkətimə görə dəyərli xallar itirdim”

Müəllif: Rauf Hacıyev, redaktor

11:17 - 07 İyul, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Azərbaycan yarışında səhv hərəkət edərək, vacib xallar itirib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıda bilərəkdən Həmiltona çırpılaraq, 10 saniyəlik dayan və get cəzası almışdı. Lakin FİA dördqat Dünya Çempionunun hərəkətini yenidən araşdırmış və 29 yaşlı sürücüyə cəza verməmişdi.

Sebastyan Fettel: “Buna cavab vermək vacib deyil, elə deyilmi? Bir neçə dəfə izlədim və gördüm. Sözün açığı, bolidin içərisindən görünən vəziyyət siz gördüyünüzdən daha fərqli idi. Buna görə fərqli açıqlama verdim. Yarışdan sonra Lyuislə danışa bildim. İndi bunu qabartmaq istəmirəm. Bu, mənim haqqımdır. Aramızda qalmalıdır. Lakin deməli olmalı şeyi dedim. Səhv qərar idi və yarışda cəza aldım. Potensial qələbəni əldən verdim. Lyuisin boyunaltı problemini görə bilmədik. İndi görürəm ki, daha çox xal qazana bilərdik, amma həmin anda vəziyyəti düzəltmək üçün hər şey etdim. Səhv reaksiya! Səhv qərar yox. Səhv reaksiya ona çırpılmaq idi. O an təəccüblənmişdim. Elə bildim Lyuis əyləcə basıb və ona çırpıldım. Yarışdan sonrakı müsahibələrimdə də onun pis niyyəti olmadığını dedim. Mənə əyləc testi tətbiq etmədi. O an elə düşündüm. Təəccüblənmişdim və buna görə də məyus idim. O ana görə fəxr duymuram. Zamanı geri ala bilərəmmi? Xeyr! Peşmanam? Bəli. Buna görə də çox danışmaq istəmirəm”

Fettel bildirib ki, bu hərəkət Həmiltonla olan münasibətlərinə təsir etməyəcək: “Böyük təsirinin olmadığını eşitdiyim üçün xoşbəxtəm. Sözün açığı etdiyim şey səhv idi və üzr istədim. Səhv etdim və onun məyusluğunu anlayıram. Amma münasibətin düzəlməsini görmək gözəldir. Bu hadisə trasda yaşandı və trasdan kənarda bir-birimizə hörmət etməliyik”.

Qeyd edək ki, Fettel son dövrlər qalmaqallarla yadda qalır. Almaniyalı sürücü keçən ilin Meksika yarışında da demək olar ki, bütün rəqiblərini və yarış direktoru Çarli Uaytinqi radiodan təhqir etmişdi. Jurnalistlər dördqat Dünya Çempionundan niyə tez əsəbləşdiyini soruşublar: “Sualınıza cavab verməyim lazımdırsa, elə düşünmürəm. Bilirəm ki, mənimlə eyni fikirdə deyilsiniz, amma çox hərarətli anlar yaşadım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 881
Teqlər , , , , , ,
Paylaş

logo