S.Fettel: “Mən Ferstappenə qəzəbli idim”

F-1.az xatırladır ki, Meksika Qran Prisinin son dövrələrdində Maks Ferstappen və Sebastyan Fettel üçüncülük uğrunda mübarizə aparıblar, Maks trasdan çıxaraq üstünlük əldə edib və Fettelin ötməsinə imkan verməyib.

Yarışdan dərhal sonra stüardlar Ferstappenin nəticəsinin üzərinə 5 saniyə əlavə ediblər və hollandiyalı sürücü beşinci yerə düşüb, əvəzində Fettel podiuma yüksəlib…

Sebastyan Fettel: “Mən radioda normadan kənar sözlər işlətdim, çox qəzəbli idim. Hesab edirəm ki, məni başa düşmək olar – adrenalinim yüksəlmişdi. Mən Maksa hücum edirdim, lakin bu, kifayət qədər çətin idi, çünki hər ikimizdə təkərlər çox aşınmışdı. O, trasdan çıxdı və mən onu ötə bilmədim. Başa düşmək olar ki, mən nəyə görə acıqlı idim. Finiş xəttini keçərkən çox məyus idim. Lakin sonra hər şey dəyişildi və podiuma yüksəldim. Bu – fantastikadır!”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*