S.Fettel “Massa nə fikirləşirdi bilmirəm”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, startda yerini itiridikdən sonra qələbəni əldən verib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Rusiya yarışına pouldan start versə də, startda liderliyi yarışa 3-cü yerdən başlayan Bottasa verib. Fettel yarışın sonunda finlandiyalı sürücü ilə fərqi bir saniyənin altına endirsə də, son dövrədə Massanın arxasında qalaraq, rəqibinə hücum edə bilməyib və ikinciliyə razı olub.

Sebastyan Fettel: “Valtteri ilə demək olar ki, eyni startı aldıq, amma daha sonra düzlükdə sürətləndi və bizi keçdi. Gözəl iş gördü və onu təbrik etməliyəm. Xüsusən də, birinci pitə qədər fərqi artırdı və ona çatmaq mümkünsüz idi. Təzyiq altında da güclü idi. Günün adamı oldu. Son dövrələrdə traffikin də köməyi ilə ona çatdım. Arxa düzlükdə düşündüm ki, şansım ola bilər. Amma alınmadı. Düşünürdüm ki, Felipe mənə yol verər, amma elə olmadı. Nə fikirləşdiyini bilmirəm. Orada vaxt itirdim, amma bunun nəticəyə təsir etdiyini düşünmürəm, Bu gün Valtteri əla iş görərək, qalib gəldi. Onu təbrik etməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*