S.Fettel köhnə günlərinə qayıtmaq istəyir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, artıq hegemonluq etmək istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk yarısını lider bağlasa da, ikinci hissədə etdiyi səhvlər və yaşadığı problemlərə görə çempionluğu itirmişdi.

Sebastyan Fettel: “Bu il çempionluqları əldən versək də, göstərdiyimiz performansdan razıyam. Heç kim Ferrari-dən belə performans gözləmirdi. Hamını təəccübləndirdik və bu sevindiricidir. Amma görməli çox işimiz var. Hələ çempion ola bilməmişik. İnkişafımızı qışda dayandırmaq istəmirik. Hegemonluq etməliyik. Bunun üçün yaxşı komandaya sahibik. Bu il çox fürsəti əldən verdik. Bəzi problemlər yaşadıq. Ümid edirəm ki, gələn il eynisini yaşamarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*