16 Dekabr 2017, Şənbə - 19:00

S.Fettel: “Kələ-kötürlərin aradan qaldırılması pis oldu”

S.Fettel: “Kələ-kötürlərin aradan qaldırılması pis oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

20:20 - 22 İyul, 2016

Sebastyan Fettel Hunqarorinqdə ikinci sərbəst yürüşlərdə 3-cü olsa da, Red Bull-dan geridə qalıb. Almaniyalı sürücü trasda kələ-kötür yerlərin aradan qaldırılmasına reaksiya münasibət bildirib…

F-1.az xatırladır ki, Formula1 üzrə 4 qat Dünya Çempionu hər 3 sektorda da vaxt itirdiyini deyib: “Hər 3 sektorda daha sürətli ola bilərdik. Bolidin balansından razı deyiləm. Əgər bu problemi həll etsək, sabah sıralanma turunda yaxşı nəticə göstərə bilərəm. Mercedes-in güclü olacağını bilirdik. Bizi təəccübləndirmədi.

Qırmızı bayrağa görə vaxt itirdik. Daha sonra isə müxtəlif sazlanmaar üçün boksa qayıtmalı oldum. Bu bizim ritmimizə pis təsir etdi. Amma boliddə özümü rahat hiss edirəm. Sabah düzgün sazlanmaları tapacağımıza əminəm”.

Fettel cümə axşamı FİA-nın yeni radio danışıqlarla bağlı qaydalarını və trasdakı məhdudiyyətləri tənqid etmişdi. Almaniyalı bu dəfə yenilənən asfalt qatından şikayət edib: “Bir az məyus oldum. Çünki kələ-kötür yerləri yox ediblər. Bu qabarlar Macarıstan yarışının özünəməxsus xüsusiyyətlərindən biri idi. Ümid edirəm ki, tras bir neçə il ərzində əvvəlki kimi olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 112
Teqlər ,
Paylaş

logo