S.Fettel: “İstədiyim kimi olmadı”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel sıralanma turundan sonra nəticədən narazı qalıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniya Qran Prisinin sıralanma turunda fərqli strategiya seçərək, son cəhdinə Soft təkərlərlə çıxıb. Dördqat Dünya Çempionu yaxşı dövrə vursa da, göstərdiyi nəticə poul üçün yetərli olmayıb.

Sebastyan Fettel: “Atdığım dövrəyə görə xoşbəxtəm. İlk cəhdimdə zəif idim və birinci döngədə təkərləri bloka saldım. Amma son cəhdimdə yaxşı iş gördüm. Dövrəni atarkən özümü yaxşı hiss edirdim. Amma daha sonra qülləyə baxanda gördüm ki, istədiyim nəticəni almamışam. Buna görə də məyusam. Sabah çətin olacaq. Mercedes-in güclü olduğunu bilirdik. Ümid edirəm ki, hamı yarışdan həzz alar və son yarışdakı şanssızlığı üstümüzdən atarıq. Red Bull da bizim üçün ciddi rəqibdir. Gözəl start və strategiya ilə qələbə şansımız olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*