S.Fettel ilk gündən razıdır

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, cümə günü sərbəst yürüşlərindən razı qalıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü cümə gününü Lyuis Həmiltonun 0.149 saniyə gerisində ikinci yerdə bağlayıb.

Sebastyan Fettel: “Bu gün heç bir problem yox idi. Hər şey qaydasında idi. Sürətli bolidimiz var və gözəl performans göstərdik. Güclü başlanğıc etdik. Bugünkü proqramı uğurla tamamladıq və həftəsonu üçün əsas məlumatlara sahibik. İndi isə tempimizi artırmalıyıq. Biz adətən yarışda daha sürətli oluruq. Görək sıralanma turu necə keçəcək. Bu gün həm də SuperSoft və UltraSoft təkərlərlə yarış tempində işlədik. İndi isə məlumatları təhlil etmək vaxtıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*