S.Fettel: “Hücum etdiyimə görə peşman deyiləm”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel sonuncu Yaponiya yarışındakı insidentə görə Maks Ferstappeni günahlandırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü gənc rəqibinə “Qaşıq” döngəsində hücum edib və maşınlar arasında təmas yaşanıb. Bunun nəticəsində Fettel 16-cı pilləyə geriləyib. Ferstappen isə yoluna davam edərək yarışı podiumda bitirib.

Sebastyan Fettel: “Onu keçmək üçün əlimdən gələni edirdim. Ümidim var idi. Cəzası olsa da, sürətli olduğumuzu düşünürdüm. Son düzlüyə batareya ilə çıxırdı. Orada ona çatdım. Daxili trayektoriyanı tutdum və orada işləri çətinləşdirdi.

Kimi ilə insidentinə baxın. Tras xaricinə çıxdı və qayıdanda az qala toqquşacaqdılar. Mən də orada boşluq tapdım. Həmişə rəqibinizə yer qoymalısınız. Amma bu insidentdə heç bir yerə gedə bilmədim və təmas etdik. Müdafiə olunarkən Ferstappen iki dəfə düşünməlidir.

Mən hərəkətimə görə peşman deyiləm. Lakin nəticəsi ortadadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*