17 Dekabr 2017, Bazar - 11:51

S.Fettel: “Hər şeyi gördünüz, başqa nə deyə bilərəm?”

S.Fettel: “Hər şeyi gördünüz, başqa nə deyə bilərəm?”

Müəllif: Elçin Zodorov, redaktor

12:58 - 31 Oktyabr, 2016

Deyəsən, Fettel Meksika Qran Prisindən sonra qarışıq duyğular içərisindədir.

F-1.az xatırladır ki, Sebastyan yaxşı strategiya ilə podium uğrunda mübarizə aparmış, Ferstappeni keçmək istərkən holland sürücü döngəni kəsərək buna imkan verməmişdi. Bunun nəticəsində vaxt itirən Fettel Rikkardonun hücumlarına məruz qalmış, aqressiv müdafiə olunmasına görə nəticəsinin üzərinə 10 saniyə əlavə edilmiş və yekun protokolda beşinci olmuşdu.

Sebastyan Fettel: “Hər şeyi gördünüz, başqa nə deyə bilərəm? Əsəbi olmağımın səbəbi var. Yenə də maraqlı yarış oldu. Maşınım çox yaxşı idi. İlk dövrədə geriyə düşdüm, lakin yüksələ bildim. Sonra da podiuma çıxmaq üçün mübarizə apardım”.

Çarli Uaytinqdən üzür istəyib-istəmədəyi barədə suala Fettel belə cavab verib: “Bu sualı niyə verirsiz, başa düşmürəm. Yarışdan sonra getdim və ondan üzür istədim. Yarışda çox fərqli duyğularda oluruq. Çarliyə hörmətim var və o da bunu bilir. Nələr baş verdiyini təkrarlara baxıb görmək istəyirəm. Danielə qarşı müdafiə olunmağa çalışdım. Ən azından mənə elə gəlir ki, səhv nəsə etmədim. Ona kifayət qədər boş yer saxladım. Danieli tanıyıram – bəzən yaxşı olacağını düşünüb hücumlar edir. Öz yerimi qorumağa çalışdım.

Ondan əvvəl isə Ferstappen mənim əsəblərimlə oynadı. İlk iki döngədə qarşımda qəflətən əyləcə basdı. Mənim də sürətimi aşağı saldı. Daniellə toqquşa bilərdik. Nə demək istədiyimi anlayırsınız? Təkrarlara baxacam. Lazım gəlsə, Daniellə bu barədə danışa bilərik. Deyə biləcəklərim bunlardır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , , , , ,
Paylaş

logo