S.Fettel Həmiltonu müdafiə edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel rəqibi Maks Ferstappenə söyən Lyuis Həmiltonu müdafiə edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü podiuma gedərkən, sürücülər otağında Ferstappenin yarışdakı hücumunu görmüş və onun ünvanına təhqiramiz sözlər demişdi.

Mətbuat konfransında jurnalistlər Həmiltondan bu barədə soruşanda araya girən Fettel belə cavab verib: “Bu suala cavab verə bilərəm? Bu hərəkətiniz ədalətli deyil. Lyuisin nə etdiyini bilmirəm, amma hamımız bu vəziyyətdə oluruq. Mübarizə aparırıq. Bəzən təkər-təkərə mübarizə olur. O an adrenalin artır. Bunu futbolla müqayisə edin. Futbolçuların ağzında həmişə mikrofon olduğunu düşünün. Biri qaydanı pozanda orada deyiləcək sözləri ağlınıza gətirin. Belə axmaq suallar verib hekayələr yaratmağınız ədalətli deyil”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*