S.Fettel Həmiltonla mübarizədən razı qalıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, gələn il çempionluq uğrunda mübarizədə olacaqlarına inanır.

F-1.az xatırladır ki, bu il almaniyalı sürücü Ferrari tarixinin 10-cu çempionu kimi tarixə düşməyə yaxın olsa da, Bakı və Sinqapur yarışlarında etdiyi səhvlərə görə çempionluğu əldən verib.

Sebastyan Fettel: “Həmilton ilə yarışmaq həzz verdi. Onunla mübarizə apardığım hər an çox gözəl idi. Onun sürətinə və istedadına şübhə etmədim. İl ərzində demək olar ki, səhv etməyərək çempionluğa layiq olduğunu göstərdi. Bunu demək çətin olsa da, reallıq belədir. Mükəmməl sürücülərlə yarışanda yeni şeylər öyrənirsiniz və yüksək səviyyəyə yüksəlirsiniz. İl ərzində bir neçə hadisə oldu və hamısından dərs çıxardım. Gələn il daha sakit qalıb işimi görməyə çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*